İranla sərhəddə, Arazın sahilində yol salınır - FOTO

Azərbaycan-İran sərhədində Araz çayının sahilində yol salınır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, son iki ildə Zəngəzur avtomobil yolunun tikintisinin müzakirəsi ilə bağlı İran hökuməti, nəhayət, Azərbaycanla müqaviləyə əsasən, Bakı-Ağbənd-Kəlalə-Culfa avtomobil yolunun tezliklə tikilməsinə dair razılığa gəlib.
Bildirilib ki, Azərbaycan xeyli maliyyə vəsaiti ayırmaqla öz ərazisində bu layihənin 60 faizdən çoxunu İranın Kəlalə keçidinə qədər tamamlayıb, hətta körpü və terminalın tikintisini də uğurla bitirib:
“Sözügedən terminal İranın Kəlalə və Azərbaycanın Ağbənd qəsəbələri arasında 19 hektar ərazidə tikiləcək. Azərbaycan terminalın tikintisindən əlavə hətta bu mühüm yol tikintisi layihəsinin əhəmiyyətli hissəsinin asfaltlanmasına da başlayıb.
Amma İranın Kəlalədən Naxçıvan sərhədinə qədərki hissəsi 107 kilometrə yaxındır. Tikilməkdə olan bu yolun iki ayrı zolaqda eni təxminən 14 metrdir. Yolun çəkilişini keçən ilin noyabr ayından etibarən “Xatəmül-Ənbiya” qərargahının “Aşura” şirkəti həyata keçirir.
Dərc olunan sənədlərə əsasən, İran və Azərbaycan arasında bu bölgədə dəmir yolu xətti olmadığı üçün Şərqi Azərbaycan əyalətində Arazın cənub sahillərində 53 kilometrlik dəmir yolu xəttinin tikilməsi qərara alınıb”.


Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO










