İranlı deputat: Ermənistanın Gəncəyə raket hücumu qorxaqlıq əlamətidir

Azərbaycanın Gəncə şəhərinə Ermənistanın raket hücumu qorxaqlıq əlamətidir.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İran parlamentinin deputatı Əhməd Məhərrəmzadə öz "Instagram" səhifəsində yazıb.
Ə.Məhərrəmzadənin sözlərinə görə, müharibələrdə mülki vətəndaşlara hücum etmək rəhmsizlik və qorxaqlıq əlaməti hesab olunur və beynəlxalq protokollarla ziddir.
O, əlavə edib ki, heç vaxt mülki vətəndaşlara hücum etməklə və müdafiəsiz uşaqları qətlə yetirməklə bir xalqın təbii haqqı olan torpaqları zor gücünə işğalda saxlamaq mümkün deyil:
“Ermənilərin Gəncə və Azərbaycanın digər ərazilərinə amansız hücumu günahsız uşaq, qadın və kişilərin həlak olması ilə və yaşayış massivlərinin dağılması ilə nəticələnib. Bu hücumları pisləyir və bu vəhşiliklər qarşısında susan beynəlxalq dairələri məntiqli və ədalətli şəkildə reaksiya verməyə çağırıram. Biz həmişə Azərbaycan xalqının hüquqlarını müdafiə edəcəyik”.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











