İranlı nümayəndələr Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar - FOTOLAR

Aprelin 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadiq iki ölkənin nümayəndə heyətlərinin müşayiətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birgə baxış keçiriblər. Nazirlər Kabinetinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, həmsədrlərə Bakı Limanına dair təqdimat nümayiş etdirilib, limanın tarixi, infrastrukturu və imkanları, o cümlədən illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması məqsədilə ikinci faza çərçivəsində aparılan tikinti işləri barədə məlumat verilib.
Qeyd edilib ki, ikinci fazanın tamamlanmasından sonra Bakı limanının genişləndirilməsi Azərbaycanın Avropa və Asiyanı əlaqələndirən nəqliyyat və logistika qovşağı kimi strateji əhəmiyyətini daha da artıracaq. Daha sonra limanın əsas yük terminalına, Ro-Ro və Bərə terminallarına, çeşidləmə məntəqəsinə baxış keçirilib.




Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












