İranlı nüvə alimi necə öldürülüb? - ŞOK DETALLAR

İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində peyklə idarə olunan silahdan istifadə edilməsi təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Ramazan Şərif açıqlama verib.
Fəxrizadənin peyk vasitəsilə idarə olunan avtomatik atıcı silahlardan, həmçinin yaxınlaşdırıcı kameralardan və süni intellektdən istifadə edilərək öldürüldüyü qeyd olunur. Silah yol kənarında dayanan “Nissan” avtomobilinə yerləşdirilib.
SEPAH komandirinin müavini Əli Fədavi hadisənin baş verdiyi ərazidə alimə atəş aça biləcək bir adam olmadığını bildirib. Bu da pulemyotun peyk vasitəsilə real vaxtda idarə olunduğunu göstərir.
Xatırladaq ki, İranın nüvə fizikası üzrə alimi, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadə noyabrın 27-dəTehran əyalətində qətlə yetirilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












