İrəvan hava limanında ruslara qarşı ayrı-seçkilik

Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev İrəvan hava limanında ruslara qarşı ayrı-seçkilik halları ilə bağlı Ermənistan səfiri Vaqarşak Arutyunyana müraciət edib. APA xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.
Məlum olub ki, Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasına Ermənistanın “FlyOne” aviadaşıyıcısının əməkdaşları və Zvartnots hava limanının əməkdaşları tərəfindən hüquqlarının pozulması ilə üzləşmiş Rusiya Federasiyası vətəndaşlarından müraciətlər daxil olub. Fadeyev səfirdən belə epizodlarla bağlı narahatlığını Ermənistanın səlahiyyətli orqanlarına çatdırmağı xahiş edib.
Şura, uşaqları olan sərnişinlərin oturacaqları olmayan reyslərdə "qeydiyyatdan keçirilməsi" və heç bir kompensasiya təklif edilməməsi hallarının qeydə alındığını bildirir. Aviaşirkət nümayəndələri onlara bir stəkan su belə verməkdən imtina edərək, ayaq üstə uçmağı təklif ediblər. Digər bir hadisə Roma - İrəvan - Moskva marşrutu ilə uçan və Romadan uçuşun gecikməsi səbəbindən Moskvaya uçan təyyarəyə minməyən bir qrup rusiyalı ilə bağlıdır. Amma aeroport əməkdaşları onların problemini həll etmək əvəzinə heç bir izahat vermədən onları saxlayıb polis şöbəsinə yerləşdiriblər.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












