İrəvan və Bakı sülhü geri dönməz hesab etməyə çox yaxındırlar - Nikol Paşinyan

Ermənistan Azərbaycanla sülhü geri dönməz hesab etməyə çox yaxındır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşündə bildirib.
N.Paşinyan bildirib ki, Vensin Ermənistana səfəri tarixi və rəmzi əhəmiyyət daşıyır və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasının misli görünməmiş reallıqları kontekstində baş tutur.
"O, Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında formalaşmış möhkəm və strateji tərəfdaşlığın dərinliyini əks etdirir", - Baş nazir deyib.
N.Paşinyan həmçinin ABŞ hökumətinə, xüsusilə Prezident Donald Trampa Bakı ilə sülh prosesinə verdiyi töhfəyə, 2026-cı ildə avqustun 8-i Vaşinqtonda sammitin təşkilinə görə təşəkkürünü bildirib.
"Vaşinqton sammiti sayəsində biz Ermənistan və ABŞ arasında ikitərəfli əlaqələrə güclü təkan verdik və Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülhə nail olduq. Vaşinqton sülh sammitindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birgə məktubla Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük və mən çox ümid edirəm ki, o, bu mükafata layiqincə sahib olacaq", - o qeyd edib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












