İş yerində maskanı hansı halda çıxartmaq olar? - FOTO

21 noyabrdan bəri koronavirusa yoluxanların sayında 10 qat artımdan sonra maskaların açıq havada taxılması məcburi olub.
Eyni zamanda, bəzi həmvətənlər hüquq-mühafizə orqanlarının nümayəndələrinin tez-tez vətəndaşlara qarşı əsassız iddialar irəli sürdüyünə inanırlar. Belə ki, paytaxt sakini Larisa Kərimova Media.az-a bildirib ki, təhsil mərkəzindəki iş yerində olarkən yoxlama ilə üzləşib. Qadın nahar fasiləsində ofisində çay içəndə təbii olaraq maskasını aşağı salıb. Bu zaman bunu görən polislər protokol tərtib ediblər. L.Kərimova onu imzalamaqdan imtina edib. Qadın işlədiyi təhsil mərkəzində bütün sanitar və gigiyenik standartlara riayət olunduğunu iddia edərək cərimə qərarını haqsız hesab edir.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti protokolu öyrənəcəyini və vəziyyəti aydınlaşdıracağını vəd edib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ceyhun Məmmədov Media.Az-a müsahibəsində deyib ki, iş yerlərində inzibati cərimə tətbiq edilməsi faktları ilə qarşılaşan bir çox vətəndaş onlara müraciət edib. Xüsusilə də, onlar ofislərində tək qaldıqda maskasız və ya maska aşağı vəziyyətdə yemək yedikləri, çay içikləri zaman zaman bu baş verir. Onun sözlərinə görə, bu cür hallarda polis əməkdaşları tərəfindən cərimə yazılması qanunsuzdur.
“İaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində, eləcə də ofislərdə koronavirus infeksiyasının qarşısının alınmasına dair təlimatların (COVID-19) tələblərinə əsasən müştərilər və digər insanlar olmadıqda kafe və restoranlarda masada və ya şəxsi kabinetinizdə və ya ofisinizdə yemək zamanı maskaların çıxarılmasına icazə verilir. Bunun üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarının inzibati xəta haqqında protokol tərtib etmək hüququ yoxdur”, - deyə o bildirib.
C.Məmmədovun sözlərinə görə, “açıq havada ictimai yerlər” anlayışı insanların evdən kənarda kütləvi toplaşdığı yerlər, yəni həyətlər, küçələr, parklar, bulvarlar və sairi nəzərdə tutur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərində fərdi qoruyucu vasitələrin istifadəsi ilə bağlı tələblərin pozulması məsuliyyətə səbəb olur. Fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat cərimə olunurlar.
Həmsöhbətimiz əlavə edib ki, qərarla razılaşmadıqda, vətəndaşlar qərarın ləğvi tələbi ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti vermək hüququna malikdirlər:
“Məhkəmə şikayəti nəzərdən keçirəcək və kifayət qədər əsaslandırılsa, inzibati xəta haqqında qərarı ləğv edə bilər”.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










