İşdən çıxarılan başçı əməkdaşlara görün nə edirmiş... - YENİ FAKT

Elxan İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun paytaxtın Nəsimi rayonuna rəhbərlik etməsi 47 gün çəkib.
Avtosfer.az Metbuat.az-a istinadən xəbər verir ki, sabiq icra başçısı ilə bağlı maraqlı məlumat əldə edib. Məlum olub ki 43 yaşlı keçmiş başçıdan təkcə Nəsimi rayonu ərazisində fəaliyyət göstərən iş adamları şikayətçi olmayıb. Tabeliyində çalışan əməkdaşlar da Elxan İbrahimovdan narazılıq ediblər. Buna səbəb onun Nəsimi Rayon İcra Hakimiyyətində və tabe qrumlarda çalışan əməkdaşlarla kobud davranması göstərilir.
Məlumatlara görə, Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimyyətində vəzifə tutan əksər əməkdaşlardan ərizə yazıb könüllü şəkildə işdən getməyi tələb edib. Onun işdən çıxmasını istədiyi şəxslərin siyahısında icra başçısının müavinlərinin, şöbə müdürlərinin, sektor müdürlərinin adları olub. Keçmiş başçı təyinatın ertəsi günü həmin şəxsləri ərizə yazmağa məcbur edib. Əməkdaşlar bu tələbə boyun əymədiyi üçün tərəflər arasındakı narazılıq qarşıdurma həddinə çatıb.
Elxan İbrahimovun cəmi 47 gün sonra vəzifəsini itirməsində bu amilin xüsusi rol oynadığı bildirilir.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












