İşğaldan azad olunmuş daha bir rayona avtobus işləyəcək - VİDEO

İşğaldan azad olunmuş daha bir rayona avtobus reysi açılacaq.
Avtosfer.az-ın məlumatına görə, iyunun 25-dən etibarən Bakı - Füzuli - Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə veriləcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Sübhan Əbilov bildirib ki, işğaldan azad edilmiş ərazilərə ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işlər davam etdirilir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Füzuli rayonu ərazisində marşrutun keçəcəyi yollara baxış keçirilərək ziyarət yerləri müəyyənləşdrilib. Sübhan Əbilov qeyd edib ki, marşrut üzrə müvafiq qiymətləndirmə aparılıb, hərəkət sxemi hazırlanıb və dayanacaq yerləri bəlli olub. Reyslər həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. Səfərə çıxacaq avtobus sürücüləri ANAMA tərəfindən mina təhlükəsizliyi ilə bağlı təlimlərə də cəlb olunub. Bilet satışı yalnız onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən yolumuzqarabaga.az portalı vasitəsilə onlayn bilet ala biləcəklər. Səfərə gediş-gəlişin qiyməti isə 18 manat 20 qəpik təşkil edəcək. Sektor müdiri vurğulayıb ki, sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək. Gələcəkdə ehtiyac yaranarsa, sözügedən istiqamət üzrə avtobus reyslərinin sayı artırıla bilər.
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO










