İspaniyada bomba müəmması: Səfirlik, şirkət, aviabaza, nazirlik... - VİDEO

Ukraynanın Madriddəki səfirliyində baş verən partlayışdan sonra İspaniyanın silah istehsalı şirkətində də partlayışa cəhd edilib.
Belə ki, Ukraynaya təchizat üçün silah istehsal edən İspaniyanın “Instalaza” şirkəti də içində partlayıcı qurğu olan bağlama alıb.
Araqon vilayətinin polisi və Mülki Qvardiyaya Ukrayna səfirliyinə göndərilənə bənzər şübhəli bağlama barədə şirkətdən məlumat daxil olub.
“Instalaza”nın yerləşdiyi əraziyə polis qrupları cəlb ediliblər. Zavodun ərazisi mühasirəyə alınıb, ona bitişik küçələrdə nəqliyyatın və piyadaların hərəkəti isə dayandırılıb.
Mütəxəssislər uzaqdan idarə ilə bağlamanı partladıblar. Əməliyyat zamanı ölən və yaralanan olmayıb. Yerli polis bağlamanın içindəkiləri təhlil etmək üçün maddi sübutların toplanmasına başlayıb.
Şirkətin paketi almasının səbəblərindən biri kimi onun Ukraynaya kömək üçün silah istehsal etməsi düşünülür. Silah istehsalı İspaniya hökumətinin dövlət sifarişi əsasında həyata keçirilir. Xüsusilə “Instalaza” qumbaraatanların istehsalı ilə məşğuldur ki, bunlar da Rusiya ilə müharibədə istifadə olunur.
Xatırladaq ki, noyabrın 30-da Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib. Polisdən verilən məlumata görə, içərisində bomba olan bağlama partlayıb. Nəticədə bir nəfər yaralanıb.
Həmçinin vurğulanır ki, bağlama səfir Sergey Poqorelsevə ünvanlanıb. Partlayışın nəticələri isə daha ciddi ola bilərdi.
İspaniya hüquq-mühafizə orqanları Ukrayna səfirliyinin ərazisində baş verən partlayışı terror aktı kimi qiymətləndirib. Onlar ilkin hesabatı aldıqdan sonra bununla bağlı terror aktı üzrə iş qaldıraraq araşdırmalara başlayıblar.
Bundan başqa, İspaniyanın Torrexon de Ardos aviabazasının yardımçı binasında içində bomba olan bağlama tapılıb.
Bağlama İspaniya xüsusi xidmət orqanları tərəfindən aşkarlanıb.
Bir qədər sonra isə İspaniyanın Müdafiə Nazirliyinə, həmçinin baş nazir Pedro Sançesin ünvanına partlayıcı qurğu göndərilib.
Polis araşdırma aparır. Hadisələr arasında əlaqənin olub-olmaması öyrənilir. Ölkənin başqa qurumlarının da gün ərzində oxşar bağlamalar almaq ehtimalı istisna edilmir.
Mənbə: El Periodico, El Mundo
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












