İsti havada işləyənlərərə sərin içkilər verilməlidir - Ekspert AÇIQLADI

Azərbaycanda havanın istiliyi 40 dərəcəyədək yüksəlib. Mütəxəssislərin xəbərdarlıqlarına baxmayaraq, əhalinin böyük əksəriyyəti günün ən isti vaxtlarında açıq havada fəaliyyət göstərirlər.
Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar tibb eksperti, həkim Adil Qeybulla Redaktor.az-a isti havalarda günvurma və istivurma hadisələri geniş yayıldığını bildirib:
"İstivurma zamanı orqanizmdə istilik tənzimləyən termorequlyasiya mexanizmləri pozulur, qan qatılaşır, mikroserkulyasiya pisləşir, gepaksiya baş verir. Ürək dayanması və hətta ölüm də baş verə bilir. Bu, insanlarda bayılma, soyuq tər basma kimi əlamətlərlə özünü göstərir. Bu zaman həmin şəxs ilk yardım məqsədilə soyuq bir yerə keçirilməlidir, soyuq yaş dəsmalla bədəni silinməli və həkim çağırılmalıdır. İstənilən halda biz bu cür temperatura alışmalıyıq, çünki artıq iqlim mühitinin dəyişməsi baş verir".
Hüquq müdafiəçisi Sahib Məmmədov isə qeyd etdi ki, isti, soyuq və küləkli havada işləməklə bağlı məsələləri Əmək Məcəlləsi tənzimləyir:
"Əgər temperatur 41 dərəcəni keçirsə, açıq havada olan işlər dayandırılmalıdır. Bu işlər kondisioner ilə sərinləşdirilməsi mümkün olan iş yerlərinə aid deyil. Ancaq açıq havada da bəzən elə işlər var ki, onları dayandırmaq olmur. Bu zaman işəgötürən tez-tez fasilə verilməsini təmin etməlidir, işçilərin kölgələnməsinə şərait yaratmalıdır, sərinləşdirici içkilər verməlidir. Mümkün olduqda hətta işçilər üçün həsir şlyapaları təmin etməlidir".
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ










