İyunda dövlət qurumlarına kiberhücumlar artıb

Bu ilin yanvar-iyun aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 498 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 25 % azdır.
Kibertəhdidlərin 214-ü daxili araşdırma, 284-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə iyun ayında 132 kiberhücum müəyyən olunub ki, bu da əvvəlki aya nisbətən 2,6 dəfə çoxdur.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 445,750 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 297 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 162 min 117 zərərverici tərkibli elektron sənəd blok edilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












