Kabil hava limanında izdiham və atışmada 40 nəfər ölüb

Son günlərdə Kabil Beynəlxalq hava limanında baş verən izdiham və atışma nəticəsində azı 40 nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “TOLO News” telekanalı hava limanında olan “Taliban” hərəkatının komandirinə istinadən məlumat yayıb. Məlumata görə, insanlar “xarici qüvvələr tərəfindən odlu silahdan istifadə edilməsi” nəticəsində, eləcə də izdiham nəticəsində ölüblər. “Taliban” nümayəndəsi əhalini hava limanına gəlməməyə və “xaricə uçmağın mümkünlüyü barədə yalan şayiələrə qulaq asmamağa” çağırıb.
Qeyd edək ki, “Taliban”ın Əfqanıstanın paytaxtı Kabili də tutmasından sonra yüzlərlə insan hava limanına üz tutub. Onlar ölkədəki qeyri-müəyyənlik səbəbindən yaranmış çaxnaşma içərisində vizasız və pasportsuz olaraq digər ölkələrə qaçmağa ümid ediblər. “Taliban”ın evdə qalmaqla bağlı çağırışlarına və bir neçə dəfə insanların təyyarələrin eniş mexanizmindən yerə düşərək ölməsi hallarına baxmayaraq, hələ də insanların ölkəni tərk etmək ümidi ilə hava limanına axını müşahidə edilir.
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?











