Kadr çatışmazlığı ictimai nəqliyyatın inkişafını təhlükəyə atır

Almaniyanın demək olar ki, hər ikinci nəqliyyat şirkəti ötən il kadr çatışmazlığı səbəbindən fəaliyyətini məhdudlaşdırmağa məcbur olub.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, Almaniyanın “Allianz Pro Schiene” nəqliyyat şirkətləri Assosiasiyası hesab edir ki, nəqliyyata keçidin bir hissəsi kimi tez-tez çağırış edilən yerli ictimai nəqliyyatın inkişafı işçi çatışmazlığı səbəbindən təhlükə altındadır. Assosiasiyanın məlumatına görə, ötən il nəqliyyat şirkətlərinin 44 faizi fəaliyyətini müvəqqəti məhdudlaşdırmağa məcbur olub.
Avtomobillərdən qatarlara və ictimai nəqliyyata keçid iqlim böhranı ilə mübarizədə böyük əhəmiyyət kəsb edən nəqliyyat islahatının fundamental hissəsidir.
Rəsmi məlumatlara görə, Almaniyada 100 minə yaxın avtobus sürücüsü nəqliyyat xidmətləri sektorunda çalışır. Bunlardan 4 mindən 6 minə qədəri hər il təqaüdə çıxır. Eyni zamanda, sorğuda iştirak edən şirkətlərin 83 faizi sürücü xidmətləri sahəsindəki kadr tələbatının 2030-cu ilə qədər indikindən daha yüksək olacağını təxmin etdiklərini bildirib. Ehtimal var ki, kadr çatışmazlığı ildən-ilə daha da pisləşəcək.
Assosiasiyanın məlumatına görə, bəzi şirkətlər ixtisaslı işçiləri xaricdə də axtarır.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












