«Kamaz»la avtoşluq etdi: 30 sutka həbs cəzası aldı– ŞOK VİDEO

Bakıda yol polisinə tabeçilik göstərməyən, kobud qayda pozuntularına yol verən «Kamaz» markalı yük avtomobilinin sürücüsü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, 42 BX 372 dövlət nömrə nişanlı «Kamaz»ın sürücüsü 1983-cü il təvəllüdlü Elbrus Ağayar oğlu Fətullayevdir. O, iyunun 29-da axşam saat 20:30-da paytaxtın Neftçilər prospektində, Dəniz Vağzalının qarşısında saxlanılıb. Lənkəran şəhər sakini olan Elbrus Fətullayev İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (Polisin qanuni tələbini yerinə yetirməmək) ilə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası ilə cəzalandırılıb.
Araşdırmalar zamanı məlum olub ki, bu sürücü iyunun əvvəllərində Bakı-Ələt yolunun 14-cü km-də yol polisinin «saxla» əmrinə tabe olmayaraq qaçdığı üçün axtarışdı imiş. O, həmin vaxt yükdaşıma qaydalarının pozduğu üçün saxlanıldığını bildiyi üçün aradan çıxıb. İyunun 29-da isə yol polisləri onun Dövlət Bayrağı Meydanının qarşısı ilə hərəkət etdiyini gördükdə Bayıl dairəsində «saxla» əmri veriblər. Lakin sürücü yenə də yol polisinə tabe olmayaraq üzü şəhər istiqamətində hərəkəti davam etdirib.
Avtosfer.az-ın təqdim etdiyi videomaterialdan görünür ki, sürətlə hərəkət edən «Kamaz» onu saxlamağa çalışan yol polisi maşınlarına qarşı təhlükəli hərəkətlər edir. Yük maşınını yol polisi maşınının üstünə sürən Elbrus Fətullayev onları qorxutmağa çalışır. Nəticədə yol polisi əməkdaşı idarə etdiyi maşını qaçırdarkən qarşı yola çıxır və qəza şəraiti yaranır. Ardınca svetaforun qırmızı işığından keçən «Kamaz» Hökumət Evinin qarşısında artıq bir neçə yol-patrul xidməti maşınının əhatəsində olub. Lakin yenə də tabeçilik göstərməyən sürücü sürəti artırmaqla yanaşı təhlükəli manevrlər edərək yol polislərini ondan uzaqlaşmağa məcbur edir. Bu dəfə polisdən yaxa qurtara bilməyəcəyini görən sürücü sürəti bir az da artırdıqda yol kənarında dayanmış avtobusa arxadan çırpılaraq dayanır. Lakin bir neçə maşından düşməyən sürücünü nəhayət, yol polisləri düşürdüb YPX maşınına mindirirlər. Elə həmin gün toplanmış sənədlər Səbail rayon Məhkəməsinə təqdim olunub və sürücü barəsində 30 sutka həbs qərarı çıxarılıb. Hazırda araşdırmalar davam etdirilir.
Elməddin Muradlı
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO












