Kamil Səlimov: “Dinc sakinlərə atəş açılması əmrini Paşinyan verib”

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcək.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanda olan xarici ölkə səfirləri və diplomatik korpus nümayəndələri ilə görüşdə İnsan Haqları üzrə Beynəlxalq Standartların İnplementasiyası üzrə İşçi qrupunun rəhbəri Kamil Səlimov deyib.
O bildirib ki, erməni hərbçiləri döyüş zonasında olmayan yaşayış məntəqələrimizə artilleriya atəşi açıb, qadağan olunmuş silahlardan istifadə edib: “Bu, bir daha Ermənistanın müharibə cinayətləri törətməsinə əsaslı sübutdur. Ermənistan hərbçiləri ballistik raketlərdən istifadə edərək qırğınlar törədib, mülki şəxslər arasında ölən və yaralananlar var. Bununla bağlı aidiyyəti qurumlar araşdırma aparır, araşdırmalar başa çatandan sonra faktlar toplanaraq beynəlxalq məhkəmələrə göndəriləcək və cavabdeh şəxslər cəzalandırılacaq”.
K.Səlimov qeyd edib ki, ilkin araşdırmalara görə, Ermənistanda olan ballistik raketlərin kodu baş nazir Nikol Paşinyanda olub və ondan icazəsiz həmin raketlərdən istifadə etmək olmaz: “Məlum olub ki, həmin raketlərin kodu Paşinyandadır. Paşinyan icazə verəndən sonra həmin raketlərdən istifadə etmək olar. Bu da onu göstərir ki, Azərbaycan ərazilərində yaşayan dinc sakinlərə atəş açılması əmrini Paşinyan verib”.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT













