"Kanal S"in qalmaqallı aparıcısı ölkədən GEDİR

"Kanal S"in qalmaqallı aparıcısı ABŞ-yə gedir.
Avtosfer.az xəbər verir ki, "Kanal S" televiziyasının aparıcısı Nigar Fərhad ölkədən getdiyini açıqlayıb. O bu barədə sosial media hesabında paylaşım edib. Aparıcının sözlərinə görə, o, yaxın günlərdə Amerika Birləşmiş Ştatlarına yola düşəcək:
"Hər şey qaydasındadır. Dəstək olanlara təşəkkür edirəm. Hamınızı çox sevirəm. Dəstəyinizə görə minnətdaram. Gələn həftənin ikinci günü Amerikaya uçuram. Üç həftəlik səyahətim var. Bir az sakitləşmək istəyirəm. Oradakı dostlarıma, yaxınlarıma baş çəkmək istəyirəm. Efirə gəldikdə isə, efir olmayacaq".
Aparıcı paylaşımında, həmçinin baş verənlərdən sonra sakitləşmək üçün psixoloqa müraciət edəcəyini də vurğulayıb.
Xatırladaq ki, "Kanal S" televiziyasının aparıcısı Nigar Fərhad "Sözün bitdiyi an" proqramında aşağıdakı fikirləri səsləndirib:
"Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm, çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz".
Bu fikirlər sosial şəbəkə platformalarında geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid edərək onun çıxışını efirə uyğun hesab etmədiklərini bildiriblər.
Qeyd edək ki, aparıcının efirdən səsləndirdiyi fikirlərə görə, "Kanal S"in yayımı 24 saatlıq dayandırılıb.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












