“Kapital Bank” təhlükəsizlik qaydalarına niyə əməl etmir? - Şikayət

Redaksiyamıza Günel adlı vətəndaş müraciət edib.
Müraciətdə deyilir:
“Anam Rüstəmova Kubra ilə bərabər Gəncə Şəhəri Sabir küçəsində yerləşən Kapital banka 06.07.2024 tarixində 15 dəqiqəlik prosedur üçün yaxınlaşdıq. Banka 11 min manat pul qoyub, götürməli idik.
09.07.2024 tarixində pul lazım olarkən evdə pulu sayıb, 600 manat əksik olduğunu gördük. Banka üz tutduq ki, yəqin ki, bir yanlışlıq olub. Kameranın açılmasını, bankda kassadakı əməliyyat prosesini izləməyi xahiş və tələb etdik.
Bizə həmin kassirin məzuniyyətə çıxdığını, kameraları aça bilməyəcəyini dedilər. Bank müdiri Vüqar Paşayevlə görüşdə dedi ki, ancaq İdarəyə yazaraq icazə aldıqdan sonra kamera aça bilərlər.
Biz də bunu normal qarşıladıq və razılaşdıq. Bankda heç bir səs-soraq çıxmadığı üçün anam yenə banka gedir, görüntüləri yenə də tələb etdi. Amma anama istədiyi yerləri göstərmirlər. Əsas pulun sayılıb verilməsi anlarıdır ki, o saniyələr bizə göstərilmir.
Mən Azərbaycan Vətəndaşı olaraq Kapital Bankı sayəsində artıq bu sistemə güvənmirəm. Əgər ortada pul itkisi yoxdursa, Kapital Bank niyə görüntüləri göstərmir?
Mən o görüntüləri Bankdan ortaya çıxarmağı tələb edirəm. Bu bankın öhdəliyi və vəzifəsidir. Son dəfə pul ordan alınıb və evə gətirilmişdi”.
Mənbə: Moderator.az
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










