"Kartdan kart"a köçürmə aprelin 1-dən dayandırılır

Rusiyada kartdan karta pul köçürmələrindən aktiv istifadə edən vətəndaşlar yeni şərtlərlə bağlı bildiriş alıblar.
Avtosfer.az xəbər verir ki, bank təşkilatları müəyyən bir hərəkət etmədən köçürmələri həyata keçirməyi qeyri-mümkün edəcək yeni texnologiya tətbiq edirlər.
Maliyyə analitiki Valeri Popovun sözlərinə görə, bir çox Rusiya bankları bu yeniliyi öz müştəriləri üçün tətbiq etməyə başlayıblar. Kredit təşkilatları bank hesabından istifadə imkanlarını genişləndirməyə çalışırlar. Əksər hallarda bu, mobil proqramlar vasitəsilə həyata keçirilir, lakin indi buna sosial şəbəkələrlə inteqrasiya da əlavə olunur.
Ekspert qeyd edir ki, banklar öz müştərilərinə pul köçürmələrinin yeni üsulunu – VK sosial şəbəkəsi vasitəsilə təqdim etməyə başlayıblar. Artıq bu üsulu sınaqdan keçirib və tətbiq ediblər.
Bildirilir ki, sosial şəbəkə vasitəsilə nəinki kartdan karta pul köçürmək, həm də bank hesabını artırmaq, həmçinin cari balansı öyrənmək mümkün olacaq. Bununla belə, bu xidmətdən istifadə üçün əsas şərt VK sosial şəbəkəsində məcburi qeydiyyatdan keçməkdir. Qeydiyyat olmadan köçürmələr mümkün olmayacaq.
Yeni qaydalar aprelin 1-dən qüvvəyə minir. ("primepress")
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












