Kasıblar üçün daha bir bəd xəbər: Qiymətlər kəskin artacaq

İyul ayının 1-dən ölkədə, xüsusilə də paytaxt Bakıda ciddi taksi çatışmazlığının yaşanacağı gözlənilir. Taksilərlə bağlı yeni tələblər əvvəllər bu sektorda sərbəst fəaliyyət göstərənlərin sayını azaldacaq. Hətta demək olar ki, 1 ay öncədən bu təsir özünü göstərməyə başlayıb. Belə ki, bəzi taksi şirkətləri təqdim etdiyi xidmət müqabilində qiymətləri ciddi dərəcədə artırıb. Bəs iyulun 1-dən sonra bizi nə gözləyir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, tətbiq olunacaq yeni qərar kökündən yanlışdır və qiymətləri ciddi dərəcədə artıracaq:

“Taksi xidməti ilə bağlı ifrat tənzimləmə mexanizmlərinin tətbiqinin kökündən yanlış bir qərar olduğunu ilk gündən söyləyirik. Yəni dövlət və hökumət orqanları heç bir ciddi araşdırma aparıb heç nə sübut etmədən, birdən-birə rəsmi şəxslər açıqladı ki, Bakı şəhərində 65 min taksi var və çoxdur, 20-25 min bəsdir. Amma bu açıqlama hansısa araşdırmalara əsaslanmadı. Bunu sübut edəcək faktlar ortaya qoyulmadı. İqtisadi nəzəriyyədə də belədir ki, təklif azalan kimi, tələb yerində qalırsa qiymət yüksəlir. Son günlər biz bunu artıq görürük. Artıq 1-2 aydan çoxdur ki, taksi şirkətlərinin təqdim etdiyi qiymətlər artıb. Lakin bunun müqabilində keyfiyyətlə bağlı zərrə qədər dəyişiklik yoxdur. Hətta deyə bilərəm ki, keyfiyyət aşağı düşüb. Məsələn, taksi sifarişlərində vaxt uzanması müşahidə olunur. Əvvəllər 3-5 dəqiqəyə gələn taksilər indi 15-20 dəqiqəyə gəlir. İndi də eyni şey davam edəcək”.
Ekspertin fikrincə, yeni qaydalar özü ilə qanunsuz taksi fəaliyyətini yenidən gündəmə gətirəcək:
“Bu ifrat tənzimləmə mexanizmləri işə düşdükcə, daha sərt qaydalar tətbiq olunduqca rəsmi şəkildə xidmət göstərənlərin sayı azalacaq. Bu isə qiymətləri artıracaq. Kifayət qədər ciddi qiymət artımının şahidi olacağıq. İndiki qiymət artımı hələ başlanğıcdır. Amma paralel olaraq “boz taksi” xidməti də yaranacaq. Yəni heç bir qeydiyyatı keçməyən, tanış-qohum sifarişləri ilə işləyən taksilərin sayı artacaq. Hətta ən sərt qaydaların tətbiq olunduğu SSRİ-də belə, “boz taksi” kimi fəaliyyəti göstərən taksilər var idi. Onlarla mübarizə aparmaq mümkün deyildi. İndi də elə olacaq”.
Bakıdan Tbilisiyə gedənlərə şad xəbər - Sabahdan...
ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib
Ən tez dəyər itirən maşın markaları AÇIQLANDI
Türkiyə-İsrail münasibətinin yenidən pisləşməsinin səbəbi nədir? – Politoloq AÇIQLADI
Prezident sənəd imzaladı - Bu şəxslərə ŞAD XƏBƏR
İran-İsrail gərginliyi artır; yanacaq bahalaşa bilər? – Ekspertdən AÇIQLAMA
Sürücülərə vacib xəbər - 16 iyundan etibarən yeni qayda qüvvəyə minir
Velosiped və skuter sürücülərinə xəbərdarlıq edildi: piyadalar üçün təhlükəyə çevrilir
Avtovağzalın “Google Maps”ə inteqrasiyası nəyi dəyişəcək? – EKSPERT
Yasamalda sökülən ərazilərdə bəzi evlərin memarlıq üslubu necə fərqlənir? - FOTO
Bu avtomobillərdə kritik təhlükəsizlik problem; kütləvi yoxlama başladı










