Keçmiş deputat borclarını ödəmək üçün obyektini satır, qiyməti isə... - FOTOLAR

“Muğanbank” artıq 2 ildir bağlanıb. Bank müştəriləri qarşısında maddi öhdəliklərini qarşılamaq üçün baş ofisini, yəni öz əmlakını satışa çıxarıb”.
Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında lisensiyası ləğv edilən “Muğanbank”ın sahibi, sabiq deputat Əhməd Vəliyev deyib.
“İstənilən bank bağlanan zaman, onun əmlakları satışa çıxarılır. Burada qəribə nə var ki? Bu özəl sektordur, dövlət təşkilatı deyil ki. Boş şeylər yazırlar”, - o, söyləyib.
Amma Ə.Vəliyev satışa çıxarılan əmlakın qiymətini açıqlamayıb.
Qeyd edək ki, “Muğanbank” 1992-ci ildə yaradılıb. Mərkəzi Bankın 18 oktyabr 2023-cü il tarixli qərarı ilə lisenziyası ləğv edilib. Bankın baş ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşdirdi. Həmin ofis satışa çıxarıldığına görə “Muğanbank” Xətai rayonu, Xocalı prospekti 36A ünvanına köçüb.





İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












