Kəlbəcərdən iki məktub gəldi

Şahbaz Quliyev: "Mənim vəziyyətim yaxşıdır, bacı. Hamınız üçün darıxıram"
Ermənistan ordusu tərəfindən işğal olunan Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun məktubu ailəsinə çatdı. Girovun oğlu Kürdoğlu Əsgərov atasının yazdığı məktubun anasına çatdırıldığını deyib. O, bildirib ki, məktubu Bərdə rayonunda anası qəbul edib, özü hal-hazırda Bakıda olmasına baxmayaraq yazılanlardan xəbərdardır. "Atam yazıb ki, vəziyyəti yaxşıdır. Hər kəsə salam göndərib və ona orada yaxşı baxıldığını yazıb. Amma mən buna inanmıram".
Ermənistan ordusu tərəfindən işğal olunan Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İlhamə Quliyevaya yazdığı məktubun mətni açıqlanıb. Məktub bu gün saat 17.00 radələrində Beynəlxaql Qızıl Xaç Komitəsinin Bərdə ofisi tərəfindən Şahbazın bacısı İlhamə Quliyevaya verilib.
Məktubda Şahbaz yazır: "Mənim vəziyyətim yaxşıdır, bacı. Hamınız üçün darıxıram. Mənim qızım amanatı. Hələlik sağ olun. Öpürəm hamınızı".
Qeyd edək ki, Beynəlxaql Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevlə görüş keçirilib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova adıçəkilən şəxslərin ailələrinə məktub yazdıqlarını bildirmişdi.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
















