Kənan M.M Vüqarı döyüb həbs olundu

Dünən tanınmış rejissor Kənan M.M həbs edilib. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, buna rejissorun bir qrup şəxslə müğənni Vüqar Muradov və qardaşını döyməsi səbəb olub. Məsələylə bağlı sənətçi V.Muradov açıqlama verib. Müğənni bildirib ki, Kənan M.M “Ulduzların döyüşü” realiti şousunda finalda ona uduzmasını həzm edə bilməyib: “15 nəfər boynu yoğun kişi ilə üstümə gəlmişdi. Mənim yanımda yalnız qardaşım var idi. Mənə zəng vurub toy danışmaq adıyla bir yerə çağırdılar. Orada Kənanı və adamlarını gördüm. Məqsədi məni döyüb, zavallı halda videoya çəkib, “Youtube”a yerləşdirmək idi. Amma buna nail ola bilmədi. Bir insanın üstünə iki, üç adam gələr. Mən 15 nəfərə necə cavab verərdim? Kənanın bu hərəkəti cinayətdir. Qanunla ona və yanındakılara 3 ildən 5 ilə qədər həbs cəzası gözlənilir. Polis tərəfindən davanın qarşısı alındı. Onun söyüşlərini heç vaxt bağışlamayacaqdım. Dünən Kənanı əlləri qandallı halda gördüm, ürəyim ağrıdı. Mənə yaxınlaşdı, haqqını halal et dedi. Mən də haqqımı halal edirəm. İndi polis idarəsinə gedirəm. Şikayətimi geri götürəcəm. Onu Allah bağışlasın. 38 yaşlı kişiyə, ailəsi, uşaqları, xəstə anası olan birinə bu yaraşmaz. Haqqımı Kənana halal edirəm, yetər ki, məndən uzaq olsun”.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












