Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından Silahlı Qüvvələrə ianə

Azərbaycan Ordusunun sentyabrın 27-dən həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bütün ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanır.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını böyük sevinclə qarşılayan vətəndaşlar, dövlət və özəl qurumlar Silahlı Qüvvələrimizə maddi və mənəvi baxımdan dəstək olmağa çalışırlar.
"Kənd Təsərrüfatı Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.
Orduya dəstəyi mənəvi borc hesab edən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarından ianə ediblər.
Silahlı Qüvvələrə Yardım Fondu ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Respublikamızın ərazi bütövlüyü uğrunda vuruşan hər bir əsgərlə qürur duyduğunu bildirir.
Sizinləyik, Azərbaycan əsgəri! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!", - deyə Nazirlik bəyan edib.
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO












