Kimlərə pulsuz dərman veriləcək? - Tarix açıqlandı

“Ambulator dərman vasitələrinin təminatına gələn ilin altı ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Bəs maraqlıdır, vətəndaşlar dərmanları haradan ala biləcəklər? Bir vətəndaşa nə qədər dərman verilə bilər? İllik limit varmı?
Bu suallarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə üz tutduq.
Avtosfer.az-ın məlumatına görə, qurumun Mətbuat Xidmətindən Oxu.az-a bildirildi ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada sığorta ilə qarşılanması nəzərdə tutulub:
“İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstələrinin dərman ehtiyacının qarşılanması planlaşdırılıb. Vətəndaşlar həkimə müraciət ediblər və diaqnoz qoyulubsa, xəstəliyin müalicəsində istifadə olunan dərman vasitələri Xidmətlər Zərfində olan siyahıya və həkimin reseptinə uyğun olaraq veriləcək. Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Yəni elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl apteklərdən ala biləcəklər”.
Məlumatda qeyd olunub ki, “Tibbi sığorta haqqında” Qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib:
“Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin ikinci yarısında başlanacaq”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










