“Kişi kimi deyirəm, mənim belə uşağım yoxdur” – Cavanşir Paşazadə

Ötən gün 6 nömrəli məktəbin şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Lüks avtomobilləri idarə edən şagirdlərin məmur övladları olduğu iddia olunur. Videoda həmin avtomobillərin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanıb.
Avtosfer.az bakupost.az-a istinadla xəbər verir ki, onlar arasında Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10 UH 700 Audi Q8 markalı maşın da var.
Bu markalı yeni avtomobilin qiyməti 70-80 min dollar arasındadır.
Məsələ ilə bağlı danışan C.Paşazadə yayılan məlumatlardan xəbərsiz olduğunu deyib.
“Həmin videonu görməmişəm, nə də bu xəbəri eşitmişəm. Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10 UH 700 nömrəli maşınım yoxdur”.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












