Kişineu-Odessa marşrutu ilə qatarların hərəkəti bərpa olunacaq

Kişineu-Odessa marşrutu üzrə dəmir yolu ilə sərnişin daşımaları yay mövsümünün əvvəlində bərpa olunacaq. Bu barədə razılıq “Moldova Dəmir Yolları” dövlət müəssisəsinin nümayəndə heyətinin Kiyevə səfəri zamanı əldə olunub.
Avtosfer.az “moldova1.md” saytına istinadla xəbər verir ki, müəssisənin yaydığı məlumata görə, qatarın hərəkətinin bərpasında məqsəd müharibə nəticəsində Moldova və Ukrayna ərazisindən praktiki olaraq avtomobil axınının baş verməsi fonunda yüklərin Moldovanın dəmir yolu xətti ilə Avropa İttifaqı istiqamətində və əks istiqamətdə daşınmasının bərpası olub.
“Ukrzaliznitsia” İdarə Heyətinin sədri Oleksandr Pertsovski ikitərəfli əməkdaşlığın bərpasını alqışlayıb və həll yollarını birgə axtarmağa hazır olduğunu bildirib.
Dəmir yolu şirkətlərinin nümayəndələri Moldovadan dəmir yolu vasitəsilə Ukraynanın Çernomorsk limanından Gürcüstanın Batumi limanına vaqonlarda yüklərin daşınması üçün bərə keçidindən istifadə edilməsi imkanlarını da müzakirə ediblər.
Görüşdə iki ölkə arasında sərhəd məntəqələrinin keçidini sürətləndirmək üçün yük vaqonlarının ümumi məlumat bazasının yaradılması ideyası irəli sürülüb. Hər iki ölkənin dəmir yolu şirkətlərinin keçdiyi optimallaşdırma prosesində faydalı təcrübə mübadiləsi də qeyd olunub.
Xatırladaq ki, 2022-ci il fevralın sonunda Moldova Respublikası Odessa-Kişineu marşrutu üzrə qatarların hərəkətini dayandırmışdı. Bu qərarı Moldova Fövqəladə Hallar Komissiyası Ukraynadakı müharibə fonunda qəbul edib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











