KİV: Dəmir yollarında təxribat törədilə bilər

Fransada müstəntiqlər iyulun 26-na keçən gecə Fransa dəmir yollarında törədilən təxribatda “Olimpiadanın anonim rəqibləri qrupunun” mümkün iştirakını araşdırır.
APA xəbər verir ki, bu barədə Le Parisien qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, respublikanın və digər ölkələrin KİV-lərinə məktub daxil olub ki, məktubda “Naməlum nümayəndə heyəti” adlı qrup 2024-cü il Oyunlarının açılışı ərəfəsində dəmir yolunda törədilən silsilə yanğına görə məsuliyyəti öz üzərinə götürüb.
Mesaj adında “təxribat” və “Olimpiada” sözləri olan e-poçt ünvanından gəlib.
Bu hadisə ilə bağlı araşdırma davam edir, hüquq-mühafizə orqanları məktubun müəllifləri ilə təxribat arasında real əlaqənin olub-olmadığını müəyyən etməli olacaqlar. Le Parisien-in qeyd etdiyi kimi, istintaq cinayətlərin “solçu hərəkatlarla əlaqəli qruplar” tərəfindən törədilə biləcəyinə inanmağa meyllidir. Nəşrdə daha ətraflı məlumat yoxdur.
Qeyd edək ki, iyulun 26-da Paris Olimpiadasının açılışı günü Fransa Milli Dəmir Yolları Şirkəti (SNCF) siqnal sistemlərinə bir sıra yanğınlar törətdiyini bildirdi. Bir cəhdin qarşısı alındı. Bir çox qatar gecikdi və ya ləğv edildi. Hadisə 800 minə yaxın sərnişinə təsir edib.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












