Köçkünlər üçün salınmış yaşayış komplekslərinin aqibəti ilə bağlı AÇIQLAMA

“Bu günə qədər ölkənin 30-dan artıq şəhər və rayonunda qaçqın və məcburi köçkünlər üçün 115 yeni qəsəbə və hündürmətəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb”. Avtosfer.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, 65 min məcburi köçkün və qaçqın ailəsi, yaxud 315 minə yaxın məcburi köçün və qaçqınlar həmin qəsəbələrdə müvəqqəti olaraq yeni mənzillərlə təmin edilib:
“Qeyd edilən qəsəbələr dövlətin xüsusi təyinatlı mənzil fonduna aiddir. Onlar məcburi köçkün və qaçqın soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə verilib”.
“Prezident İlham Əliyev tərəfindən keçirilən son müşavirədə deyildiyi kimi, bundan sonra məcburi köçkün və qaçqınlar üçün yeni evlər, qəsəbələr doğma Qarabağda salınacaq.
Məcburi köçkün və qaçqınların ləyaqətli, təhlükəsiz şəkildə qayıdışı və yaşamı dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunacaq”, - deyə F.Hüseynov qeyd edib.
Sədr müavini əlavə edib ki, həmin mənzillərin gələcək aqibəti Prezidentin qərarlarına uyğun olaraq icra olunacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












