Komendant postunda saxlanılan iki avtomobildə odlu silah aşkarlanıb - Abşeronda

Abşeronda iki avtomobildən odlu silah götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 4-də saat 21 radələrində Naftalan şəhər sakini Ə.Ruzicənginin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan tir tüfəngi və optik binokl aşkar edilərək götürülüb.
Bundan başqa, ötən gün paytaxt sakini E.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil də Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Ata-arms” markalı tüfəng aşkar edilərək götürülüb.
Hər iki sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF












