Komitə sədri qazi Musa Hüseynovla görüşüb, qayğıları ilə maraqlanıb – FOTO
Gündəm
6 Dekabr 2020 18:07

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsinin qazisi Musa Hüseynovla görüşüb, yaralı qazinin səhhəti və qayğıları ilə maraqlanıb. “Siz əsgər və zabitlərimiz müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıraraq tarixi hadisənin iştirakçısı və şahidi oldunuz. Sizlər başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini, ləyaqətini dünyaya göstərdiniz. Mənsub olduğunuz Silahlı Qüvvələrimizin xilaskarlıq missiyası mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, ibadətgahın, abidənin də bərpası, təmiri üçün imkanlar açdı.
Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.
Sizi, Sizin timsalınızda çiyin-çiyinə döyüşdüyünüz bütün əsgər və zabitlərimizi bir daha tarixi Zəfər və xilaskarlıq missiyasının uğurla sonuclanması münasibəti ilə ürəkdən təbrik edirəm!” – xanım Paşayeva deyib.
Cənab Prezidentin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaralı hərbçilərimizə xüsusi diqqət və qayğısını minnətdarlıqla qeyd edən Komitə sədri, bu diqqət və qayğının hər bir məmur, millət vəkili, işadamı üçün örnək təşkil etdiyini bildirib.
Musa Hüseynov səmimi görüş üçün təşəkkür edib.



Oxunub : 3284
DİGƏR XƏBƏRLƏR
17 Oktyabr 2026 14:00
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
17 Oktyabr 2026 13:14
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
16 Oktyabr 2026 13:18
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
16 Oktyabr 2026 12:00
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
16 Oktyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI
15 Oktyabr 2026 18:35
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
15 Oktyabr 2026 18:05
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
15 Oktyabr 2026 17:46
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
ŞƏRH YAZ












