Kompensasiyaların verilməsinin son müddəti açıqlandı

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətlər üzrə fiziki şəxslərə (sahibkarlar istisna olmaqla) kompensasiyaların verilməsinin son müddətləri barədə bildiriş yayıb.
ADIF-dan Avtosfer.az-a verilən məlumata görə, LPO “Atabank” ASC və “Amrahbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 8 may 2025-ci il tarixdə, LPO “NBC Bank” ASC və “AGBank” ASC-də isə bu müddət 17 may 2025-ci tarixdə bitir.
Həmin tarixdən sonra məbləğ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.
Qeyd edilən müddət və tarixləri nəzərə alaraq LPO “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə bugünədək qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










