Kondisionersiz avtobuslar və əziyyət çəkən sərnişinlər: Çıxış yolu nədir? - AÇIQLAMA

Yay mövsümü ilə əlaqədar sərnişindaşıma ilə məşğul olan xətt avtobuslarında iyun ayının 15-dən etibarən kondisionerlər işə salınıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, kondisioneri olan avtobusların sərnişinlərindən fərqli olaraq, kondisionersiz avtobuslarla hərəkət etmək məcburiyyətində olanlar bu komfortdan yararlana bilmirlər.
Səbəb isə sadədir - bir çox sərnişin avtobuslarının istehsal ili köhnə olduğu üçün onlarda ümumiyyətlə kondisioner sistemi mövcud deyil.
Sürücülər isə yaranmış vəziyyətdən çıxış yolunu avtobusları qapısı açıq vəziyyətdə idarə etməkdə görürlər. Bu isə sərnişinlərin həyatı üçün təhlükəlidir.
Kondisionersiz avtobuslarla hərəkət etmək məcburiyyətində qalan sərnişinləri bir məsələ maraqlandırır - kondisionersiz avtobuslara, günün qızmar vaxtı günəşdən qorunmaq üçün, tünd rəngli plyonka çəkmək olmazmı?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Agentlikdən bildirildi ki, Nazirlər Kabinetinin (NK) müvafiq qərarına əsasən, avtobus və mikroavtobuslarda plyonka çəkilməsinə icazə verilmir.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydasına əsasən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasına uyğun olaraq sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobus və mikroavtobuslarda plyonka çəkilməsinə icazə verilmir", - deyə açıqlamada bildirilir.
Açıqlamada o da qeyd olunur ki, avtobus parkının yenilənməsi ilə bağlı mütəmadi olaraq daşıyıcı şirkətlər qarşısında məsələ qaldırılır.
"Müntəzəm avtobus marşrutları mərhələli qaydaları müsabiqəyə təqdim olunur. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər", - deyə açıqlamada vurğulanır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












