Könül Nurullayeva: Ermənistan hakimiyyəti Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur

Azərbaycan Ordusunun döyüş meydanında ardıcıl uğurları, xeyli sayda ərazilərimizin, o cümlədən strateji əhəmiyyətə malik Füzuli şəhərinin işğaldan azad olunması düşmən ölkənin ordusunda ruh düşkünlüyünü daha da artırıb.
Bunu Avtosfer.az-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Ermənistan ordusu faktiki bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Gəncədə və digər şəhərlərimizdə mülki insanların hədəfə alınaraq öldürülməsinin cəzasını Ermənistan döyüş meydanında artıqlaması ilə ödəyir:
"Düşmənin atəş nöqtələri, canlı qüvvəsi və hərbi infrastrukturu məhv edilir. Döyüş meydanında kütləvi itkilər daxildə narazılığı daha da artırıb, onsuz da böhran vəziyyətində olan Ermənistanı tamamilə iflic edib. İşğalçı ölkədə sosial böhran pik həddə çatıb. 8 milyard borcu olan Ermənistan bu hərbi əməliyyatlarda 2 milyarddan çox pul itirib, hərbi texnikasının 80%-i məhv edilib. Aydın görünür ki, Ermənistanın hərbi əməliyyatları davam etdirməyə nə maddi, nə də mənəvi-psixoloji resursu qalmayıb. Orduda fərarilik getdikcə artır, hərbi xidmətdən yayınanların həbsi və açılan cinayət işləri də artıq nəticə vermir. Əsgər anaları övladlarını özgə torpaqda ölümə göndərmək istəmir".
Deputat vurğulayıb ki, baş verənlərin fonunda Paşinyan hakimiyyətinin reallıqla barışmaqdan başqa çıxış yolu qalmayıb:
"Erməni mətbuatının yazdıqlarından da aydın görünür ki, Paşinyan müxtəlif vasitəçilərin imkanlarından yararlanmaqla Azərbaycan Prezidenti ilə təmas qurmağa can atır. Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul edərək, işğal altında olan əraziləri tərk etməyə hazır olduğu barədə mesajlar ötürür. Bu isə bir daha göstərir ki, Ermənistan ordusunun və hərbi-siyasi rəhbərliyinin müqavimət imkanları tam tükənib".
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











