Könüllülər üzərində koronavirusa qarşı peyvənd sınaqları aparılacaq

Koronavirusa qarşı peyvəndin hazırlanması üçün aparılan beynəlxalq elmi tədqiqat çərçivəsində Avstriyanın Zaltsburq əyalətində də kliniki sınaqlar aparılacaq.
Bu barədə Zaltsburq əyalət klinikalarının sözçüsü Volfqanq Fürveqer məlumat verib. Qeyd edilib ki, sentyabrın 27-dək 18-55 yaş arasında sağlam şəxslər kliniki sınaqda könüllü iştirak üçün müraciət edə bilərlər.
13 aylıq dövrü əhatə edən tədqiqatlar zamanı peyvənd maddəsinin təsir gücü və mümkün yan təsirləri araşdırılacaq. Peyvənd dozası vurulan könüllülər iki həftə nəzarət altında olacaqlar və bu müddətdə peyvəndin təhlükəsizliyi öyrəniləcək. Müddətin sonunda könüllülərin orqanizmində immunitetin səviyyəsi də diqqət mərkəzində olacaq.
Bildirilib ki, ABŞ əczaçılıq konsernlərindən birinin təqdim etdiyi peyvənd maddəsi Avstriya ilə yanaşı, ABŞ, Belçika və Fransada da könüllülər üzərində sınaqdan keçiriləcək. (AZƏRTAC)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












