Koronavirus vaksininə 88 milyon dollardan çox sərmayə yatırılacaq

Avstraliya hökuməti koronavirusa qarşı peyvəndlərin hazırlanması prosesinə 88 milyon ABŞ dollarından çox sərmayə qoyacaq.
Bu barədə ölkənin səhiyyə naziri Qreq Hant məlumat verib.
“Avstraliya hökuməti COVAX beynəlxalq mexanizminə qoşulub, yəni mövcud olduğu zaman COVID-19 peyvəndləri almaq imkanımız olacaq. Razılaşmaya əsasən, Avstraliya bu mexanizmdə iştirak etmək üçün 123,2 milyon Avstraliya dolları (88,7 milyon ABŞ dolları) ayıracaq və bu, o deməkdir ki, peyvəndlər mövcud olduqda onların satınalınması üçün təkliflər ala biləcəyik”, - nazirin açıqlamasında deyilir.
Q.Hant həmçinin bildirib ki, hökumətin bu qərarı peyvənd əldə edilməsi üçün Oksford Universiteti (Böyük Britaniya) və Kvinslend Universitetinin (Avstraliya) alimləri ilə birlikdə peyvənd hazırlayan Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca” ilə artıq imzalanmış müqaviləyə zəmanət xarakterli əlavə tədbirdir. O, COVAX mexanizmində iştirakın Avstraliyanın istənilən təhlükəsiz və effektli peyvəndə çıxışını təmin etmək strategiyasının vacib bir hissəsi olduğunu söyləyib.
Qeyd edək ki, COVAX mexanizmi bütün ölkələr üçün təsirli peyvənd axtarışını sürətləndirməyə istiqamətlənib. Məqsəd 10-dan çox fərqli peyvəndə investisiya yatırmaq və bazara girdikləri zaman onlara ədalətli və bərabər çıxış təmin etməkdir. Layihə Qlobal Peyvənd və İmmunlaşdırma İttifaqı (GAVI), Epidemiyalara Hazırlıq İnnovasiyası Koalisiyası (CEPI), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), eləcə də peyvənd istehsal edən transmilli şirkətlər tərəfindən idarə olunur. (“Report”)
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










