Koronavirus xəstəsi bu cür yaxalandı - FOTO - VİDEO

Xətai və Abşeron rayonlarında yaşayış yerini qanunsuz tərk edən daha 3 aktiv COVİD-19 virusunun daşıyıcıları barədə cinayət işi başlanılıb
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata əsasən yaşayış yerini qanunsuz tərk edərək COVİD-19 virusunun daha geniş yayılmasına şərait yaradan bu virusun aktiv daşıyıcılarına qarşı profilaktik tədbirlər polislər tərəfindən davam etdirilir.
Belə ki, paytaxtın Xətai rayonunda yaşayan Ceyhun Səmədov bu virusun daşıyıcısı olduğu üçün o, ev şəraitində müalicəyə cəlb olunub. Evdə özünü təcrid etməli olan bu şəxs sanitar-karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxdığı üçün Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və evə qaytarılıb.
Analoji tədbirlər Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.
Belə ki, bu tədbirlər zamanı koronavirus xəstələri olan paytaxt sakini Ruslan Əliyev və Saray qəsəbəsində yaşayan Fərhad Məmmədov yaşadıqları evləri tərk etdikləri üçün Abşeron RPİ-nin əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediliblər. Bu şəxslərə evdə müalicə təyin edilib və onlara yaşadıqları yeri tərk etmək qadağan edilib.
Hər 3 şəxs barəsində Abşeron və Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bir daha evdə məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək müalicə müddəti bitənədək məzillərini tərk etməmək tələb olunur. Əks təqdirdə həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər.
Fərid
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
















