Koronavirusa yoluxmuş insanın bədənində baş verən dəyişikliklər açıqlandı

SARS-CoV-2 virusunun koronavirusa yoluxmuş insanın hüceyrələrini dəyişdirmə, həmçinin müdafiə sistemlərini və protein sintezini söndürmə mexanizmi aşkar edilib. Bu, COVID-19 xəstələrində şiddətli simptomların inkişafına kömək edir. Lenta.ru-nun məlumatına görə, bu barədə “Pasadena” Kaliforniya Texnologiya İnstitutunun (ABŞ) alimləri “Cell” jurnalında məqalə dərc ediblər.
Tədqiqatçılar koronavirus genomunun yaratdığı zülalların hər birinin insan bədəninin hüceyrələrindəki molekulyar komponentlərlə necə qarşılıqlı əlaqədə olduğunu araşdırıblar. Məlum olub ki, SARS-CoV-2 orqanizmdə zülalların sintezini pozaraq üç vacib hüceyrə prosesinə hücum edir.
Birincisi, virus, genetik məlumatları hüceyrə nüvəsindən zülalların sintez olunduğu ribosomlara ötürən molekul mRNT-nin (məlumat RNT-si) yetişməsinin disfunksiyasına səbəb olur.
İkincisi, ribosomların özlərini bloklayır.
Üçüncüsü, zülalların hüceyrə xaricinə daşınması sistemini pozur.
Bütün bunlar birlikdə hüceyrənin müdafiə sistemlərinin normal fəaliyyətinə mane olur. Bu vəziyyətdə hüceyrə ölmür və virus onu, həmçinin onun resurslarını özünün çoxalması üçün istifadə edə bilir.
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO












