“Körpələr arasında kəskin virus yayılıb” – PEDİATRDAN XƏBƏRDARLIQ - FOTO

Son vaxtlar ölkədə azyaşlılar arasında müxtəlif virus infeksiyalarının yayılması müşahidə edilir.
Avtosfer.az xəbər verir ki, bu infeksiyalar arasında rotavirus və əlamətləri səpki, qızdırma, ishal olan “Koksaki” kimi xəstəliklər xüsusi diqqət çəkir.
Mövzu ilə bağlı Pediatr Günay Rəsulova saytımıza açıqlamasında deyib ki, virus mənşəli qastroenteritlər, xüsusilə rotavirus infeksiyaları geniş yayılmağa başlayıb: “Bu xəstəlik əsasən qarın ağrısı, qusma və ishal kimi simptomlarla müşayiət olunur. Bağça və kollektiv mühitlərdə olan uşaqlar arasında daha çox rast gəlinir. Əsas əlamətlər arasında qızdırma, qusma, qarın ağrısı və sulu ishal (bəzən gündə 10 dəfəyə qədər) yer alır”.
Pediatr vurğulayıb ki, müalicə əsasən simptomatik aparılmalıdır:

“Bu qusma və ishal nəticəsində yaranan maye itkisini bərpa etməyə yönəldilir. Əgər uşağın qarın sancısı varsa digər cərrahi patologiyalar da nəzərə alınmalıdır, çünki bəzi viral və ya bakterial qastroenteritlər digər cərrahi problemlərlə qarışa bilər. Buna görə də dəqiq diaqnoz qoyulması üçün həkim müayinəsi, anamnez və klinik müşahidə vacibdir. Müalicə buna uyğun şəkildə tənzimlənməlidir”.
Fidan
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO












