“Kredit təklifi” ilə insanlar belə aldadılır - VİDEO

"Banklar sizə kredit vermir? Bizə müraciət edin!" ,"onlayn şəkildə tək şəxsiyyət vəsiqəsi ilə kredit əldə edin".
Sosial şəbəkələrdə, daha çox instagramda bu cür elanlarla kredit vəd edən onlarla səhifələr var. Tələbləri isə çox sadədir. İşsiz də olsan zamin və şəxsiyyət vəsiqəsinin şəkili. Lakin, vətəndaş kredit üçün müraciət edib razılaşdığı təqdirdə ona zamin duran şəxsdən köçürmə yolu ilə 300 manatdan başlayan məbləğlərdə ödəniş tələb olunur. Bunu isə zaminin razılığının təsdiqlənməsi adı ilə qələmə verirlər.
Rəqəmsal dələduzluq üzrə ekspert Elvin Cuvarov deyir ki, qanunvericilikdə kredit üçün heç bir beh tələbi yoxdur. Prosedur zamanı müəyyən sənədlər toplusu tələb olunur ki, bununla da vətəndaşa təyin oluna biləcək maksimum məbləğ müəyyənləşdirilir.
Ekspert bildirib ki, bu kimi hal ilə üzləşən vətəndaşlar bilməlidirlər ki, birmənalı olaraq dələduzlarla qarşılaşıblar. Onların göndərdikləri ödəniş həmin şəxslər tərəfindən mənimsənilir, şəxsiyyət vəsiqəsi isə başqa qurbanları inandırmaq üçün istifadə olunur ki, bu zaman vəsiqənin sahibi də növbəti əməlin bir parçası olur.
Elvin Cuvarov bildirib ki, belə onlayn kredit verən səhifələrin rəsmi saytları və orda şirkət haqqında ümumi məlumatlar, istifadəçi şərtləri yer almalıdır. Bundan əlavə sosial şəbəkə hesabları da təsdiqlənmiş hesablar olmalıdır. Özünü lombard və ya bank olmayan kredit təşkilatı adlandıran səhifələrə kredit müqabilində ödəniş etmək olmaz.
Ətraflı videomaterialda.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












