Kreditlə bağlı mühüm yenilik

Ölkəmizdə yeni sığorta növü tətbiq olunacaq. Belə ki, yaxın gələcəkdə istehlak kreditləri sığortalanacaq. Bunun faydası odur ki, istehlak krediti götürmüş şəxs dünyasını dəyişərsə və yaxud əmək qabiliyyətini itirərsə, o zaman onun bank qarşısında öhdəliyini sığorta şirkəti qarşılayacaq.
Amma son günlər sosial şəbəkələrdə və bəzi KİV-də belə məlumat yayılıb ki, istehlak kreditlərinin sığortalanması bank tərəfindən zamin tələbini aradan qaldıracaq.
Bu, nə dərəcədə realdır?
Məsələ ilə bağlı Bizim.media-ya danışan VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, zaminin tələb olunması bankların verdiyi qərardır:
"Yəni banklar istəsələr, zaminsiz də kredit təklif edə bilərlər. Ona görə də zamin tələbi məcburi xarakter daşımır. Amma banklar riskləri sığortalamaq üçün zamin tələb edirlər. Bəzi hallarda zaminsiz kredit verməyə maraq göstərmirlər. Bu mənada istehlak kreditlərinin sığortalanması zamin tələbinə müəyyən təsir göstərəcək. Amma bu, krediti bilərəkdən ödəməmək hallarının sığortalanması anlamına gəlmir. Kredit götürən şəxs dünyasını dəyişərsə və yaxud əmək qabiliyyətini itirərsə, bu zaman sığorta mexanizmi işə düşə bilər. Amma kreditin sığortalanması o anlama gəlmir ki, kimsə sabah götürdüyü krediti ödəməsə, onun əvəzindən sığorta şirkəti borcu qapadacaq. Belə bir hal baş verməyəcək. Doğrudur, sığorta zaminə tələbi azaltsa belə, bankların zamin tələb etməsi yenə mümkündür".
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












