Küçə itləri ilə bağlı bu qanun Azərbaycanda da qəbul oluna bilər - AÇIQLAMA

Türkiyədə küçə heyvanları ilə bağlı qanunvericilik təklifi qalmaqal yaradıb. Belə ki, Ədalət və İnkişaf Partiyası (AKP) 1 ay ərzində sahiblənilməyən sahibsiz itlərin “yatızdırılmasını”, yəni öldürülməsini təklif edib. Heyvansevərlərin iradı isə bu qanunun rəsmi qəbul edilməsinə mane olur.
Bu təklif nə dərəcədə düzgündür və Azərbaycanda belə qanun qəbul edilə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan heyvan haqları müdafiəçisi Hicran Məmmədova bu qanunun ölkəmizə də gəlib çıxa biləcəyini dedi.
"Türkiyədə evtanaziya, yəni yatızdırma məsələsi aktuallığını qoruyub saxlasa da qərarın qəbul olunmayacağı gözlənilir. Çünki heyvansevərlər səslərini çıxardılar və qərara qarşı gəldilər. Ancaq Türkiyədə təsdiqlənərsə, Azərbaycanda da belə təklifin verilməsi qaçılmazdır. Lakin bu, yolverilməzdir. Çünki belə olduğu halda heyvanların hüquqları ciddi şəkildə pozulur".
Həmsöhbətimiz heyvan haqları mövzusuna da toxundu. O, Azərbaycanda heyvana qarşı şiddətlərin artdığını, bundan xilas yolu olaraq cərimələrin tətbiq olunmasının vacibliyini vurğuladı.
"Heyvanlar da insanlar kimi cəmiyyətin bir parçasıdır. Lakin bəzi insanlar bunu başa düşmür. Bəziləri heyvanlara şiddət göstərir, bəziləri onları pul qarşılığında satır. Bu cür bazarlar var, hansı ki, heyvanlar satılır, onların fəaliyyəti dayandırılmalıdır. Bir çox ölkədə heyvanlara zərər verən şəxslər yüksək miqdarda cərimələnir. Bu cərimələrin ölkəmizdə də tətbiq olunması arzuolunandır", - deyə Hicran Məmmədova bildirdi.
Qeyd edək ki, Türkiyədə qərar qəbul olunarsa, küçə hevanlarının yatızdırılması yalnız quduzluq, yoluxucu xəstəliklər riski altında olan və reabilitasiyası mümkün olmayan sahibsiz itlərə şamil ediləcək.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












