Küçə və meydan adlarının verilməsində əhalinin rəyi nəzərə alınsın - DEPUTAT

Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Bu yanaşma Regional məsələlər komitəsinin bir neçə ay öncə keçirilən iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, indiyədək prospekt, küçə, meydan və digər ərazi vahidlərinə ad verilməsi və adların dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi. Yeni mexanizmlər isə bu prosesdə dövlət dili normalarının əsas prioritet kimi nəzərə alınmasını tələb edir.
Maraqlıdır, adların dil normalarına müvafiq yazılışı, hüquqi tələblərə uyğunlaşdırılması və bu prosesə nəzarət hansı qaydada aparılacaq?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Modern.az"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə qeyd edib ki, 2022-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə paytaxtda küçə və prospekt adlarının verilməsi və dəyişdirilməsi məsələlərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Onun sözlərinə görə, komissiyanın tərkibinə şəhər və paytaxt rayon icra hakimiyyətlərinin məsul şəxsləri, həmçinin tarixçi və dilçi alimlər daxil edilib.
“Sonrakı mərhələlərdə komissiyanın qarşısında bir sıra vəzifələr qoyulub. Eyniadlı küçə və prospektlərin mövcudluğunun araşdırılması, adsız küçələrin müəyyənləşdirilməsi, uyğun olmayan adların dəyişdirilməsi və yeni adların verilməsi. Bütün bu məsələlər komissiyanın nəzarəti və ümumiləşdirməsi əsasında həyata keçirilməlidir. Qeyd etmək lazımdır ki, Milli Məclisdə də “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna əlavələr və dəyişikliklər təklif olunub və həmin dəyişikliklər qəbul edilib”.
Deputat vurğulayıb ki, qüvvədə olan qanuna əsasən, prospekt, küçə və meydanlara adların verilməsi və dəyişdirilməsi həmin ərazi vahidinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməlidir:
“Adların müəyyən edilməsində dövlət dilinin normalarına əməl olunması xüsusi şəkildə tələb olunur. Bu prosesə həm yerli icra hakimiyyətləri, həm də Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yaradılmış müvafiq komissiya məsuliyyət daşıyır. Adverilmə və adların dəyişdirilməsi prosesi onların bilavasitə nəzarəti altında aparılmalıdır”,- deyə A.Əlizadə bildirib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












