Küçədə it gəzdirəndə diqqətli olun: CƏRİMƏSİ VAR

Son vaxtlar küçələrdə iri it gəzdirən şəxslərin sayı çoxalıb. Bu, əsasən yay aylarında daha çox təsadüf edilir. İt sahiblərinin isə bəziləri onları hansı qaydada küçədə gəzdirməli olduqlarını bilmirlər.
Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarının 3.1.1-ci bəndində göstərilib ki, "insanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer) cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək lazımdır".
Bəzən küçədə iti gəzdirən şəxs onun cilovunu açaraq sərbəst buraxır, bəzən isə iri cins itləri buruntaqsız gəzdirirlər. Bu isə inzibati xəta tərkibi yaradır. İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsində qeyd olunub ki, itləri cilovsuz, iri itləri isə həmçinin buruntaqsız məhəllələrdə və ya küçələrdə gəzdirən şəxslər 200 manat məbləğində cərimə oluna bilər.
Nəzrin
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












