Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq

İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.
Avtosfer.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şamaxı, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, İmişli, Sabirabad, Ordubad, Culfa, Neftçala, Hacıqabul, Şirvan, Saatlı, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy, Daşkəsən rayonlarında qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq.
“Narıncı xəbərdarlığa uyğun olaraq Tərtər, Bərdə, Ağdam, Ağdərə, Göyçay, Yevlax, Zərdab, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan, Göygöl, Gəncə, Mingəçevir, Qobustan rayonlarında isə küləyin sürəti 20.8-28.4 m/s təşkil edəcək. Lakin Ağdaş və Ucar rayonlarında küləyin sürətinin qısa müddətə güclənəcəyi və qırmızı xəbərdarlığa uyğun olaraq 30 m/s-yə çatacağı ehtimal olunur”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












