Kür üzərində yeni körpü tikilib – FOTOLAR

Kür üzərində yeni körpü Salyan şəhərində olacaq, istifadəyə isə gələn ay veriləcək. avtosfer.az novosti.az-a istinadən xəbər verir ki, Salyan şəhər İcra Hakimiyyətində bu informasiyanı təsdiqləyiblər. Şəhərin mərkəzi küçələri mühüm hadisənin şərəfinə təntənəli şəkildə bəzədilib. Bu dövlət əhəmiyyətli körpü “Babazanan” yaşayış məntəqəsi ilə şəhər mərkəzi arasındakı məsafəni dəfələrlə qısaldacaq. Tikinti Prezident İlham Əliyevin sərəncamı ilə keçən ilin payızında başlayıb. Bu körpünün tikintisinə 1 milyon manat ayrılıb. Körpünün uzunluğu 216 metr, eni 14,5 metrdir. Körpü yalnız nəqliyyat deyil, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulub. Körpünün piyadalar üçün nəzərdə tutulmuş hissəsi hər tərəfdən 1,5 metr enindədir. Podratçı Səyadulla Manafovun sözlərinə görə, körpü respublikanın ərazisinə gətirilən istənilən ağırlıqda yükə tab gətirə bilər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı




















