Kürün səviyyəsi yenidən azalıb

Sentyabrın 1-dən hava şəraitinin quraq keçməsi nəticəsində Kür çayında suyun səviyyəsi azalıb. Bunu Avtosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə, avqustun 23-26-da Kürün aşağı hissələrində suyun səviyyəsi xeyli artmışdı. Çayın Sabirabad, Şirvan və Salyan rayonlarından keçən hissələrində suyun səviyyəsində hətta 1-1,4 metr artım müşahidə edilmişdi. Lakin sentyabrın ilk yarısında hava şəraitinin yağmursuz keçməsi nəticəsində Kürün Sabirabad və Şirvan rayonlarından keçən hissəsində səviyyə 50-54 sm, Neftçaladan keçən hissəsində isə 8 sm azalıb.
A.Verdiyev hazırda Kürdə sululuğun normadan aşağı olduğunu söyləyib. O deyib ki, Kürdə sululuğun belə az olması quraq hava şəraiti ilə əlaqədar sonuncu dəfə 2000-ci ildə müşahidə edilib.
Mərkəz direktoru əlavə edib ki, hazırkı azalmaya baxmayaraq, gözlənilən payız yağışları ilə əlaqədar payız aylarında Kürdə səviyyənin yenidən nisbətən artacağı gözlənilir.
Kürdə suyun səviyyəsinin azalması ilə əlaqədar yaranan adalara gəldikdə, A.Verdiyev qeyd edib ki, belə adaların yaranması ötən illərdə də olub. Belə adaların yaranması müvəqqəti hal olub və Kür üçün təbii hal hesab edilir: “Yağan yağışla əlaqədar çayın suyu artıqca Kürdəki o adaya bənzər kiçik torpaq sahələrinin üzəri su ilə örtülür. Indi də Kürün bəzi ərazilərində belə kiçik adaya bənzər torpaq sahələri var”.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











