Laçın dəhlizinə alternativ yolda tikinti işləri nə yerdədir? – Erməni tərəfini GÖZLƏYİRİK

2020-ci ilin 10 noyabrından imzalanan üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən Ermənistanla Qarabağda yaşayan erməni əhalinin gediş-gəlişini təmin etmək üçün 3 il ərzində Laçın şəhərindən yan keçməklə yeni yolun tikilməsi məsələsi öz əksini tapıb. Lakin Azərbaycan tərəfindən verilən rəsmi açıqlamalar yolun daha qısa müddətdə hazır olacağı ehtimallarını daha da gücləndirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətindən Avtosfer.az-a verilən açıqlamaya görə isə yolun tikintisilə bağlı işlər davam etdirilir: “Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinin asfaltlanmasına başlanılıb Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir”,
Qurumun məlumatına görə, tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişəcək.
Yeni yol Laçın rayonunun 6 kəndindən keçəcək.
Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinin iyulun 30-da yaydığı məlumatda isə qeyd olunub ki, Laçın şəhərindən yan keçən dəhlizin Ermənistan ərazisinə düşən hissəsinin tikintisinə avqustda başlanacaq.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










