Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib - FOTO

Aprelin 20-də Pakistanın “Pakistan Beynəlxalq Hava Yolları” (PIA) şirkəti tərəfindən həyata keçirilən Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuşun qarşılanma mərasimi keçirilib.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin nümayəndələri, hava limanının rəhbər şəxsləri, habelə media təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edən Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov aviareysin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu birbaşa uçuşlar təkcə iki ölkə arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsi baxımından deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından mühüm addımdır: Əminik ki, yaxın aylarda Lahordan daha çox sərnişini qarşılamaq imkanı əldə edəcəyik və bu hava körpüsü iki ölkə arasında yeni uğurlara yol açacaq”.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə qeyd edib ki, yeni reysin istifadəyə verilməsi iki ölkə arasında strateji və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.
“Lahor–Bakı birbaşa uçuşlarının bərpası bizi çox sevindirir. Sərnişin sayını artırmaq və İslamabaddan da yeni sərnişinlər cəlb etmək üçün əlimizdən gələni edəcəyik. Əminik ki, bu əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcək”, – deyə səfir əlavə edib.

Qeyd edək ki, Lahor–Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut Azərbaycan ilə Pakistan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişlənməsinə xidmət edir.

"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












