Lavrovdan Dağlıq Qarabağda dinc həyatın bərpası ilə bağlı VACİB AÇIQLAMA
Gündəm
7 Dekabr 2020 15:35

“Biz hələ Dağlıq Qarabağ münaqişəsinin isti mərhələsindən çıxırıq”. TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri (XİN) Sergey Lavrov Ermənistan XİN başçısı Ara Ayvazyanla görüşündə deyib. “Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin 10 noyabrda imzaladığı birgə bəyanatın bu gün hamının tanımaq məcburiyyətində olduğunu vurğulamaq istəyirəm. Hansı ki, bu bəyanat müharibəni dayandırdı, həm qaçqınların, həm də məcburi köçkünlərin evlərinə qayıtmaları barədə razılaşmanı təmin etdi”, - deyə rusiyalı nazir bildirib.
Lavrov qeyd edib ki, Rusiya rəhbərliyi uzun illərdir Dağlıq Qarabağda çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə vəsait ayırmağa qərar verib: “Biz (Dağlıq Qarabağda) dinc həyatın bərpasında öz resurslarını, təcrübələrini və potensiallarını sərmayə etməyə hazır olan beynəlxalq təşkilatların fəaliyyətini qətiyyətlə dəstəkləyirik.
Xüsusilə, Rusiya hökuməti uzun illər İrəvan və Bakı da daxil olmaqla həm bölgədə, həm də birbaşa Xankəndidə çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə vəsait ayırmağa qərar verib”.
Oxunub : 1216
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 17:56
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
28 Noyabr 2026 15:45
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
27 Noyabr 2026 20:44
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
ŞƏRH YAZ












